“Arsenal” onun transfer hüquqlarını da aldı

Ötən mövsümü icarə əsasında “Arsenal”da keçirən qapıçı David Raya London klubuna transfer olunub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Brentford”a məxsus olan qolkiperlə “Arsenal” arasında uzunmüddətli sözləşmə imzalanb.

Bu keçid “topçular”a 31,9 milyon avroya başa gəlib.

Raya “Arsenal”ın heyətində bu günə qədər 41 oyunda çərçivəni qoruyub və 20 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button