“Arsenal” onun işindən razıdır
“Arsenal” rəhbərliyi komandanın baş məşqçisi Mikel Arteta ilə bağlı qərar verib.
Komanda.az “Deadlinedaylive”-ə istinadən xəbər verir ki, “topçular”ın rəhbərliyi ispaniyalı məşqçinin işindən razı qalıb və onunla yeni müqavilə bağlamağa hazırdır. Yaxın vaxtlarda İngiltərə klubu Artetanın nümayəndələri ilə danışıqlara başlayacaq.
Arteta 2019-cu ilin dekabrından “Arsenal”ın baş məşqçisidir. 42 yaşlı çalışdırıcının klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Arsenal” İngiltərə Premyer Liqasında ötən mövsümü 2-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin