
“Milan” ukraynalı futbolçu üçün rəsmi danışıqlara başlayıb
“Arsenal” yay transfer pəncərəsində müdafiəçisi Oleksandr Zinçenkonu satmağı nəzərdən keçirir.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, ingilislər 27 yaşlı futbolçunun transfer qiymətini 10 milyon avro olaraq müəyyənləşdirib.
Zinçenkoya əsas iddiaçılardan biri “Milan”dır. “Qırmızı-qaralar”ın rəhbərliyi artıq “topçular”la onun keçidi ilə bağlı rəsmi danışıqlara başlayıb.
Ukraynalı futbolçu 2022-ci ilin yayından “Arsenal”da çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 23 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin