“Arsenal” onu itirməkdən qorxur

“Arsenal” klubunun rəhbərliyi müdafiəçi Qabriel dos Santosa yeni müqavilə təklif etmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular”ın bu istəyi Səudiyyə Ərəbistanı klublarının böyük maraq göstərdiyi futbolçusunu itirmək riski ilə bağlıdır.

27 yaşlı müdafiəçi 2020-ci ildən “Arsenal”da çıxış edir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 41 matçda meydana çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Qabrielin klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button