
“Arsenal” ispaniyalı qapıçı üçün danışıqlara başlayıb
“Arsenal” “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa ilə maraqlanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” Kepanı hazırkı qapıçı David Rayanın əvəzləyicisi olaraq potensial variantlardan biri kimi nəzərdən keçirir. Mümkün transferlə bağlı ilkin danışıqlar artıq aparılıb.
İspaniyalı qolkiper ötən mövsümü icarə əsasında “Bornmut”da keçirib.
30 yaşlı futbolçunun müqaviləsindəki transfer məbləği 5 milyon funt sterlinq təşkil edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



