“Arsenal”la “Benfika” evdə, “Çelsi” və “Valensiya” səfərdə sevindi

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu doğma azarkeşləri önündə “Napoli”ni qəbul edib və iki cavabsız qolla qalib gəlib.

Digər İngiltərə təmsilçisi “Çelsi” isə Çexiya səfərinə yollanıb. “Zadəganlar” “Slaviya” klubuyla qarşılaşmada minimal hesabla üstün olublar.

Portuqaliyanın “Benfika” klubu Almaniya “Ayntraxt”ı ilə üz-üzə gəlib. Gecənin ən məhsuldar qarşılaşması meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.

Günün digər qarşılaşmasında isə ispanların dueli olub. “Vilyarreal” öz meydanında “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Avropa Liqasının final matçı mayın 29-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.

Avropa Liqası, 1/4 final mərhələsi, ilk oyunlar

11 aprel

Arsenal (İngiltərə) – Napoli (İtaliya) 2:0
Qol: Remzi, 15. Kulibali, 25-öz qapısına.
Hakimlər:
Alberto Undiano Malenko, Raul Kabanero Martines, Dieqo Barbero Sevilya (hamısı İspaniya)
Köməkçi hakimlər: Xavyer Estrada Fernandedes, Xose Luis Munuero Montero

Vilyarreal (İspaniya) – Valensiya (İspaniya) 1:3
Qol: Kasorla, 36-pen – Quedes, 6; 90+3. Vass, 90+1.
Hakimlər:
Maykl Oliver, Stuart Burt, Simon Bennett, Konstantine Hatzidakis (hamısı İngiltərə)
Köməkçi hakimlər: Kreyq Pavson, Andre Marriner

Benfika (Portuqaliya) – Ayntraxt (Almaniya) 4:2
Qol: Feliks, 21-pen; 43; 54. R.Dias, 50 – Yoviç, 40. PasientsaŞ 72.
Hakimlər:
Entoni Teylor, Qari Beşvik, Adam Nunn, Lee Betts (hamısı İngiltərə)
Köməkçi hakimlər: Stuart Attvell, Martin Atkinson

Slaviya (Çexiya) – Çelsi (İngiltərə) 0:1
Qol: M.Alonso, 86.
Hakimlər:
Feliks Zvayer, Torsten Şiffner, Marko Akmüller, Eduard Beitinger (hamısı Almaniya)
Köməkçi hakimlər: Daniel Siebert, Saşa Stregemann

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button