Reşford Premyer Liqa klubunun hədəfindədir
“Mançester Yunayted”in hücumçusu Markus Reşford komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” ingiltərəli forvardın xidmətində maraqlıdır. London klubunun rəhbərliyi yay transfer pəncərəsində komandanın hücum xəttini gücləndirmək istəyir. Reşford namizədlərdən biri hesab olunur.
“Qırmızı şeytanlar” da yaxşı təklif alacaqları təqdirdə, hücumçu ilə yolları ayırmağın əleyhinə deyil.
Reşford 2016-cı ildən “Mançester Yunayted”də çıxış edir. 26 yaşlı oyunçunun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin