
“Arsenal” müdafiəçisini icarəyə verdi
“Nottingem Forest” “Arsenal”ın müdafiəçisi Nuno Tavareşi icarəyə götürüb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilənin müddəti 2023/24 mövsümünün sonuna kimi hesablanıb.
23 yaşlı portuqaliyalı futbolçu ötən mövsümü icarə əsasında “Marsel”də keçirib. O, 39 matçda 6 qol vurub.
Tavareşin “Arsenal”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin