“Arsenal”da yeni müqavilə – Rəsmi

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba yeni, uzunmüddətli müqaviləyə imza atıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçu ilə “topçular” arasında bağlanan yeni sözləşmənin müddəti 2030-cu ilin ortalarına qədər qüvvədə olacaq. Onun öncəki müqaviləsi 2027-ci ilin iyununda başa çatmalı idi.

Fransalı futbolçu cari İngiltərə Premyer Liqası mövsümündə 5 oyunda iştirak edib. Onun komandası 6 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button