
İngiltərə klubundan Leaoya zəng
“Arsenal” yay transfer pəncərəsi öncəsi “Milan”ın hücumçusu Rafael Leaonu qısa siyahısına daxil edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu portuqaliyalı futbolçu ilə maraqlanmasına baxmayaraq, Leao “topçular” üçün prioritet variant deyil. Lakin təxminən 10 gün əvvəl “Arsenal”ın idman direktoru Andrea Bertanın Leao ilə telefon danışığı apardığı məlum olub.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 12 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin