“Arsenal” məğlub oldu, yarımmüdafiəçisini itirdi
İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Tottenhem”ə 0:2 hesabı ilə məğlub olan “Arsenal” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, London klubunun yarımmüdafiəçisi Tomas Parti sıradan çıxıb. Oyuna start heyətində başlayan 27 yaşlı futbolçu ilk hissənin sonlarında zədələnib və meydanı erkən tərk etməli olub.
Futbolçunun vəziyyətinə tibbi müayinədən sonra aydınlıq gələcək. Onun əvvəlki zədəsini yenilədiyi ehtimal olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin