“Arsenal” İtaliya millisinin üzvü ilə anlaşıb
“Arsenal” müdafiəçi Rikardo Kalafiorinin transferi üçün “Bolonya”ya təklif göndərib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “topçular” italiyalı futbolçu üçün “Bolonya”nın tələb etdiyindən 2 milyon avro az təklif ediblər. İtaliya klubunun imtina etməsinə baxmayaraq, “Arsenal”ın müqaviləni tamamlamağa yaxın olduğu bildirilir. “Arsenal” çox güman ki, güzəştə getməyə və tələb olunan məbləği ödəməyə razı olacaq.
Kalafiorinin adının “Çelsi” ilə yanaşı hallanmasına baxmayaraq, o, “Arsenal” seçiminə üstünlük verib.
22 yaşlı futbolçu artıq London klubu ilə şəxsi şərtləri razılaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin