
“Arsenal” istəyirdi, “Ayaks” müqaviləsini uzatdı
“Ayaks” idman direktoru Mark Overmarsın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, holland mütəxəssislə müddəti 2024-cü ilə qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2012-ci ildən Hollandiya təmsilçisində çalışan Overmarsla İngiltərə “Arsenal”ı yaxından maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin