
“Arsenal” İspaniya klubunun futbolçusunu istəyir
“Arsenal” “Atletik”in vingeri Niko Uilyamsla maraqlanır.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, London klubu mövqeyini gücləndirmək variantlarını nəzərdən keçirir.
Uilyams bu mövsüm La Liqada 20 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Arsenal” hazırda 49 xalla Premyer Liqanın turnir cədvəlində üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin