“Arsenal”dan ispan futbolçu üçün 10 milyon avroluq təklif
22 yaşlı müdafiəçi Arnau Martinez İngiltərə Premyer Liqasının top-klubuna keçə bilər.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferində “Arsenal” maraqlıdır.
London təmsilçisi Martinezin keçidi üçün 8 milyon və əlavə olaraq 2 milyon avro bonus ödəməyi təklif edib.
Martinezin transfer hüquqları “Jirona”ya məxsusdur. O, ötən mövsüm İspaniya klubunun heyətində 39 oyunda çıxış edərək, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



