“Arsenal” 30 milyon avroluq transferi razılaşdırıb
“Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino “Arsenal”a keçməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər sözləşməni yekunlaşdırmağa yaxındırlar.
İspan futbolçunun transferi “topçular”a 30 milyon avroya başa gələcək. Bonus ödənişləri də müqavilədə göstəriləcək. “Arsenal” futbolçunun özü ilə şəxsi müqaviləni razılaşdırıb.
Merino ötən mövsüm bütün turnirlərdə 58 matçda iştirak edib. 28 yaşlı yarımmüdafiəçi 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin