“Arsenal” İspaniya millisinin futbolçusu ilə anlaşıb

İspaniya millisinin və “Real Sosyedad”ın yarımmüdafiəçisi Mikel Merino İngiltərə Premyer Liqasına keçməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Arsenal”la 2028-ci ilin yayına qədər olan müqavilə imzalamaq barədə razılığa gəlib. Yaxın vaxtlarda London klubu “Real Sosyedad”la transfer şərtlərini razılaşdırmağa çalışacaq.

28 yaşlı yarımmüdafiəçi 2018-ci ilin yayından İspaniya klubunda çıxış edir. Tərəflər arasındakı müqavilə 2025-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button