“Arsenal”ın “radar”ındadır – İspaniya millisinin üzvü

“Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi uğrunda mübarizə aparmağa hazırdır.

Komanda.az “İndependent”-ə istinadən xəbər verir ki, “topçular” yarımmüdafiə xəttini gücləndirmək istəyirlər və gələn yay Subimendi ilə müqavilə imzalamağı düşünürlər.

“Liverpul” bu yay ispaniyalı futbolçunu heyətinə qatmaq istəsə də, o, öz klubunda qalmağa qərar verib.  

Ağır zədə alan Rodriyə əvəzləyici axtarışında olan “Mançester Siti” də 25 yaşlı yarımmüdafiəçiyə iddialılar arasında yer alıb.

Martin Subimendi karyerasının əvvəlindən “Real Sosyedad”da oynayır. “Transfermarkt” portalına görə, İspaniya millisinin oyunçusunun dəyəri 60 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button