“Arsenal” İspaniya millisinin futbolçusu üçün danışıqlar aparır

“Arsenal” “Real Sosyedad”ın və İspaniya millisinin yarımmüdafiəçisi Mikel Merino üçün danışıqları davam etdirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” son günlər 28 yaşlı futbolçunun transferi ilə bağlı yeni təmaslar qurub.

Merino “Barselona”nın da “radar”ındadır. Lakin Kataloniya nəhəngi indi diqqətini daha çox Niko Uliyams (“Atletik”) və Dani Olmonu (“Leyptsiq”) transfer etməyə cəmləyib.

Merinonun “Real Sosyedad”la müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button