
“Arsenal” ispan futbolçusunu satdı
İtaliyanın “Montsa” klubu ötən yay “Arsenal”dan icarəyə götürdüyü Pablo Marinin transfer hüquqlarını da alıb.
Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniyadan olan 29 yaşlı futbolçunun birdəfəlik transferi üçün İngiltərə klubuna 4,9 milyon avro ödəyib.
Mari geridə qalan mövsümdə “Montsa”da 31 oyuna çıxıb, 1 qol vurub. Təcrübəli futbolçunun “Arsenal” karyerası isə 22 oyun və 1 qoldan ibarətdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin