7000-ci qol
“Arsenal” İngiltərə Premyer Liqasının 18-ci turunda “Lids”i məğlub edib – 4:1.
Komanda.az “Gracenote” portalına istinadən xəbər verir ki, “topçular” İngiltərə çempionatları tarixində 7000-ci qoluna çatıb.
“Arsenal” İngiltərə futbol tarixində 7000 qola çatan üçüncü klub olub. Bu göstəricidə London təmsilçisini yalnız iki komanda üstələyir. Bunlar “Liverpul” (7069) və “Everton” (7139) komandalarıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin