“Arsenal” İngiltərə millisinin üzvündən imtina edib
Yay transfer pəncərəsi zamanı hücumçu İvan Toni “Brentford”dan “Əl-Əhli”yə keçdi. İndi İngiltərə yığmasının hücumçusu özünü Səudiyyə Ərəbistanında göstərməyə çalışacaq.
Komanda.az “Football”-a istinadən xəbər verir ki, Toni özünü daha statuslu klubda taparaq İngiltərə Premyer Liqasında qala bilərmiş. Belə ki, “Arsenal”ın idman direktoru Edu yazda ingiltərəli futbolçu ilə görüşüb. Lakin “topçular” onunla müqavilə imzalamamaq qərarına gəlib.
Premyer Liqanın digər top klubları – “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” də İvan Toninin transferindən imtina edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin