
“Arsenal” ingiltərəli futbolçu üçün danışıqlara start verib
“Nyukasl”ın vingeri Entoni Qordon karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” 24 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır və artıq onun keçidi ilə bağlı ilkin danışıqlara başlayıb.
Bununla belə, “topçular” bu transfer uğrunda “Liverpul”la rəqabət aparmalı olacaqlar.
İngiltərəli futbolçu son mövsümdə “Nyukasl”ın heyətində 42 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun transfer dəyəri hazırda 65 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



