
“Arsenal” “Nyukasl”ın hücumçusu ilə maraqlanır
“Arsenal” növbəti təqvim ili üçün heyətini gücləndirməyi planlaşdırır.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, London klubu hücumçu Entoni Qordonla maraqlanır.
23 yaşlı forvard hazırda “Nyukasl”la müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır. Onun “Nyukasl”la hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
İngiltərəli futbolçunun yayda “Nyukasl”dan “Liverpul”a keçəcəyi bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin