“Arsenal” ingilis futbolçunun keçidini təxirə salıb
“Arsenal” bu qış “Brentford”un hücumçusu İvan Toninin keçidini həll edə bilməyəcək.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, London təmsilçisi hələ ki, Toni ilə danışıqları təxirə salıb. Buna səbəb isə maliyyə məsələsidir. Belə ki, “Brentford” 80 milyon funt sterlinqdən çox pul istəyir.
“Topçular” isə forvardı daha aşağı məbləğə almaq niyyətindədirlər.
Toni 2023-cü ilin mayında qeyri-qanuni idman mərc oyunları oynadığına görə 8 ay futboldan kənarlaşdırılıb. Günahını etiraf edən İngiltərə millisinin üzvü 2024-cü il yanvarın 16-dək diskvalifikasiya olunub.
Toni ötən mövsüm bütün turnirlərdə “Brentford”un heyətində 35 oyuna çıxıb, 21 qol vurub və 5 məhsuldar ötürmə edib. 27 yaşlı futbolçunun klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin