“Arsenal” 2 futbolçusu ilə müqavilə müddətini uzadacaq

“Arsenal” iki futbolçusunun müqavilə müddətini uzatmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 17 yaşlı hücumameyilli yarımmüdafiəçi Ethan Nvaneri və 18 yaşlı sol müdafiəçi Mayls Lyuis-Skellidən gedir. İngiltərə klubu qış transfer pəncərəsi bağlandıqdan sonra hər iki futbolçu ilə yeni müqavilələr bağlamağı planlaşdırır. Artıq danışıqlar aparılır.

Nvaneri London klubunun əsas komandasında 24 oyunda 7 qol vurub. Lyuis-Skelli isə 19 pyunda 1 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button