“Arsenal”ın gözü “Brentford”un futbolçusundadır

“Brentford”da çıxış edən Brayan Mbeumo karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Arsenal” fransalı futbolçunun xidmətində maraqlıdır.

Mbeumo 2019-cu ilin avqust ayından “Brentford”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin yayında başa çatacaq. Onun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir.

25 yaşlı yarımmüdafiəçi cari İngiltərə Premyer Liqasında 8 oyun keçirib, 6 qol vurub.

“Arsenal” Premyer Liqanın turnir cədvəlində 3-cü, “Brentford” isə 13-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button