“Arsenal” gözünü “Atalanta”nın qapıçısına dikib

“Atalanta”nın qapıçısı Marko Karneseçi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun xidmətində “Arsenal” maraqlıdır.

İngiltərə klubunun rəhbərliyi yay transfer pəncərəsində Marko Karneseçi ilə müqavilə imzalamağı düşünür. O, bu mövsüm keçirdiyi 21 oyunda 21 qol buraxıb, 9 matçda isə qapısını toxunulmaz saxlaya bilib. Onun “Atalanta” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədər hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button