“Arsenal” braziliyalı futbolçunun transferinin həll yolunu tapıb

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeşin transferinin həll yolunu tapıb.

Komanda.az “Football Transfers”-ə istinadən xəbər verir ki, London kulubu bunun müqabilində braziliyalı futbolçu üçün əhəmiyyətli məbləğ təklif etməyə hazırdır.

Gimarayeşin müqaviləsindəki təzminat məbləğinin 115 milyon avro olduğu bildirilirdi. “Arsenal” bu məbləğdə pul ödəmək istəmir. Lakin “topçular” qarşı tərəfə əlavə olaraq oyunçularından birini təklif edə bilərlər.

“Arsenal” bu yay Emil Smit Ros, Eddi Nketiya və ehtiyat qapıçı Aaron Ramsdeyllə yollarını ayıra bilər. Hansı ki, xüsusən, sonuncu futbolçu “Nyukasl” üçün xüsusi maraq kəsb edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button