“Arsenal” müdafiəçisini sata bilər
“Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Salibanın başqa kluba keçmə ehtimalı getdikcə artır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu öz mövqeyində dünyanın ən yaxşı oyunçularından biri hesab olunur ki, bu da ona Avropanın böyük klublarının marağını artırır. Bu klublar arasında PSJ, “Real” və “Bayern”in adı çəkilir. “Arsenal” 120 milyon avrodan aşağı təklifləri nəzərə almayacaq.
23 yaşlı müdafiəçinin İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin