
“Arsenal”da yeni müqavilə
İngiltərənin “Arsenal” klubu futbolçusu Qranit Caka ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanacaq. Tərəflər arasında razılıq əldə olunub.
Caka 2016-cı ildən “Arsenal”da çıxış edir. Onun indiki müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin