
Odeqardla yeni müqavilə imzalanacaq
“Arsenal”ın yarımmüdafiəçisi Martin Odeqard klubu ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub yaxın həftələrdə “Arsenal” üçün önəmli olan müqaviləni başa çatdırmaq niyyətindədir. Futbolçunun özü də komandada oynamağa davam etmək istəyir.
Odeqard 2021-ci ildən “Arsenal”da çıxış edir. O, 2022/23 mövsümündə 45 oyun keçirib, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin