“Arsenal” İtaliya klubu ilə razılığa gələ bilmir

“Arsenal” müdafiəçi Rikkardo Kalafiorinin transferi ilə bağlı “Bolonya” ilə razılığa gələ bilmir.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, tərəflər transfer məbləği ilə bağlı razılığa gələ bilmirlər. İngiltərə klubu futbolçu üçün 40 milyon avro təklif etsə də, qarşı tərəfi bu məbləğ qane etmir. “Bolonya” italiyalı müdafiəçinin satışından 50 milyon qazanmaq istəyir.

Kalafiori 2023-cü ilin yayından İtaliya klubunda çıxış edir. Tərəflər arasında mövcud müqavilə 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button