“Arsenal” fransalı futbolçunun transferini agenti ilə müzakirə edib

“Arsenal” “Monako”nun vingeri Maqnes Akliuşun transferində maraqlıdır.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, “topçular” 23 yaşlı futbolçunun mümkün keçidini onun agenti Həsən Çətinkaya ilə müzakirə ediblər. Çətinkaya həm də Viktor Qyokereşin agentidir.

“Monako” Akliuşu 70 milyon avrodan aşağı qiymətə buraxmaq niyyətində deyil. Fransalı futbolçunun klubu ilə olan müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bu transfer baş tutmasa, “Arsenal”ın digər alternativi “Atalanta”nın hücumçusu Ademola Lukmandır.

Akliuş 2024/25 mövsümündə Liqa 1-də 32 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button