“Arsenal” fransalı futbolçu üçün mübarizə aparacaq

“Arsenal” “Lion”da çıxış edən yarımmüdafiəçi Rayan Şerkinin oyununa maraq göstərir.

Komanda.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.

Bildirilir ki, “topçular” fransalı futbolçunun transferi uğrunda “Mançester Yunayted”, “Liverpul”, həmçinin, Almaniya və İtaliya klubları ilə rəqabət aparmağa hazırlaşır. Onun dəyəri 35 milyon avro qiymətləndirilir.

Şerkinin “Lion”la qüvvədə olan müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq. Buna baxmayaraq, onun artıq bu yay komandadan ayrılacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button