“Arsenal” Fransa klubunun istədiyi futbolçunun qiymətini açıqlayıb
“Arsenal” bu yay hücumçusu Eddi Nketia ilə ayrılmağa hazırdır.
Komanda.az “La Provence”-yə istinadən xəbər verir ki, “topçular” “Marsel”ə ingiltərəli futbolçunu 50 milyon avroya buraxacaqlarını bildirib.
“Marsel”in baş məşqçisi Roberto de Zerbi son mövsümlərdə “Arsenal”da çox keyfiyyətli rotasiya oyunçusu olan Nketianı komandasında görmək istəyir. Fransa klubunun “Arsenal”a tələb olunan məbləği ödəməyə hazır olub-olmayacağı hələ məlum deyil.
25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının son mövsümündə 5 qol vurub və 2 məhsuldar ötürmə edib. O, sabit oyun təcrübəsinin təmin ediləcəyi komandaya keçmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin