Arteta “Əl-Hilal”ın futbolçusunu istəyir

“Arsenal”ın baş məşqçisi Mikel Arteta klub rəhbərliyini “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Nevesi almağa məcbur edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, əməliyyat olunduqdan sonra ən azı gələn ilin əvvəlinə kimi yaşıl meydanlardan kənarda qalacaq Tomas Partinin zədəsindən sonra İngiltərə klubunun yanvar transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirəcəyi gözlənilir.

26 yaşlı futbolçu 2023-cü ilin iyulunda “Vulverhempton”dan “Əl-Hilal”a keçib. Nevesin transfer məbləği 55 milyon avro olub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button