“Liverpul” yarımfinala vəsiqəni penaltilərlə qazandı
Futbol üzrə İngiltərə Liqa kubokunda 1/4 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Arsenal” doğma meydanda “Sanderlend”lə qarşılaşıb. London təmsilçisi bu oyunda darmadağınla qalib gələrək yarımfinala yüksəlib.
Digər yarımfinalçılar sonuncu oyun günündə bəlli olub. Səfərdə “Brentford”la qarşılaşan “Çelsi” inamlı qələbəylə mərhələ adlayıb. Londonun digər təmsilçisi “Tottenhem” isə “Vest Hem”i mübarizədən kənarlaşdırıb. “Liverpul” – “Lester Siti” görüşü daha maraqlı alınıb. Qarşılaşmanın əsas vaxtında 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” yarımfinala vəsiqə əldə edib.
İngiltərə Liqa kuboku, 1/4 final
21 dekabr
Arsenal – Sanderlend 5:1
Qol: Nketia, 17; 49; 58. Pepe, 27. Patino, 90+1 – Broadhed, 31.
22 dekabr
Brentford – Çelsi 0:2
Qol: Yansson, 80-öz qapısına. Jorjinyo, 85-pen.
Liverpul – Lester Siti 3:3 (penaltilər 5:4)
Qol: Oksleyd-Çemberleyn, 19. Jota, 68. Minamino, 90+5 – Vardi, 9; 13. Meddison, 33.
Tottenhem – Vest Hem 2:1
Qol: Berqveyn, 29. Moura, 34 – Bouen, 32.
Bizi Facebook-da izləyin