“Arsenal” danimarkalı futbolçunu transfer edib

Danimarkalı futbolçu Kristian Nyorqor “Brentford” klubundan “Arsenal”a keçib.

Komanda.az xəbər verir ki, bu barədə “topçular”ın rəsmi saytı məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi “Brentford”la bütün turnirlərdə 196, o cümlədən Premyer Liqada 122 oyun keçirib, 13 qol vurub və 18 məhsuldar ötürmə edib.

“Arsenal” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünü ikinci yerdə başa vurub. Mikel Artetanın komandası 38 matçda 74 xal toplayıb. “Liverpul” isə 84 xalla İngiltərə çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button