
“Arsenal” çoxdan gözlənilən keçidi açıqlaya bilər – Bu gün
Deklan Rays “Vest Hem”dən “Arsenal”a keçəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilə bu gün bağlanacaq.
Mümkün bonuslar da daxil olmaqla, transfer 120 milyon funt sterlinq dəyərində qiymətləndirilir.
İngiltərə millisinin üzvü olan Rays “Vest Hem”in yetirməsidir. O, 2022/23 mövsümündə 50 oyuna çıxıb, beş qol vurub və dörd məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin