“Onların məqsədi Premyer Liqanı bir dəfə qazanmaq yox, bir neçə il zirvədə qalmaq olacaq”

“Arsenal”ın sabiq futbolçusu Şkodran Mustafi “topçular”ın cari mövsümdəki çıxışı haqda danışıb.

Komanda.az “Sky Sport Germany”-ə istinadən xəbər verir ki, hazırda İspaniya klubu “Levante”də forma geyinən müdafiəçi, “Arsenal”ın artıq titul qazandığını bildirib:

“Arsen Venger klubdan ayrıldıqdan sonra “Arsenal” UEFA Çempionlar Liqasında oynamayıb. Məncə, Mikel Artetanın rəhbərliyi altında komandanın inkişaf etməsi önəmli məqamdır.

“Lester” 2016-cı ildə İngiltərə Premyer Liqasını qazandı, lakin ardınca uğurlu çıxışını davam etdirə bilmədi.

Fikrimcə, “Arsenal” Çempionlar Liqasına vəsiqə əldə edərək, artıq titul qazanıb. Təbii ki, onlar ölkə çempionatını birinci yerdə bitirmək istəyirlər, xüsusilə də, uğurlu çıxış etdikləri mövsümdə.

Onların məqsədi Premyer Liqanı bir dəfə qazanmaq yox, bir neçə il zirvədə qalmaq olacaq”.

Almaniyalı futbolçu 2016-2021-ci illərdə London klubunun formasını geyinib.

“Topçular” hazırda İngiltərə çempionatının turnir cədvəlində 78 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button