
“Arsenal” “Çelsi”nin futbolçusunu “qaralayıb”
“Strasburq”da icarə əsasında çıxış edən “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santos karyerasını “Arsenal”da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “CaughtOffside” məlumat yayıb.
Santos icarədən sonra “Çelsi”yə qayıtmalı olduğuna əmin deyil. Bunun fonunda bir çox klublar, o cümlədən “Arsenal” onun transferində aktivləşib. 20 yaşlı futbolçunun yayda 45-50 milyon avroya transfer bazarına çıxarılacağı iddia edilir. Ancaq yarımmüdafiəçinin xidmətində təkcə “topçular” deyil, həm də “Tottenhem”, “Nyukasl”, PSJ və “Milan” da maraqlıdır.
Santos bu mövsüm bütün yarışlarda 30 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



