Sterlinqin “Arsenal”a keçidinin detalları məlum olub

Rahim Sterlinq yay transfer pəncərəsinin son günündə “Çelsi”dən ayrılaraq “Arsenal”a keçib. “Topçular” ingiltərəli futbolçunu icarəyə götürüb.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “Arsenal” Sterlinqin maaşının az hissəsini ödəyəcək. “Çelsi” isə futbolçuya maaşının böyük hissəsini ödəməyə davam edəcək. “Topçular” üçün belə bir razılaşma çox sərfəlidir.

Sterlinqin London klubu ilə müqavilə çərçivəsində həftədə 300-350 min funt sterlinq qazanacağı deyilir.

29 yaşlı futbolçu “Çelsi”nin heyətində 81 oyun keçirib, 19 qol vurub və 12 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button