“Arsenal” “Çelsi”nin futbolçusu üçün rəsmi təklif irəli sürüb

“Arsenal” “Çelsi”nin futbolçusu Noni Maduekenin transferi üçün işə başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “topçular” 23 yaşlı futbolçu üçün artıq rəsmi təklif irəli sürüblər, ancaq məbləğ açıqlanmayıb.

Klublar arasında ilkin danışıqlar başladılıb. Daha əvvəl yayılan məlumatlara görə, “Çelsi” Maduekeni 50 milyon funt sterlinqə satmağı planlaşdırır.

İngiltərəli futbolçu son mövsümdə Premyer Liqada 32 oyuna çıxaraq, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button