“Arsenal” “Çelsi”nin futbolçusu ilə maraqlanır

“Arsenal” “Çelsi”nin futbolçusu Noni Maduekeni heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

“Çelsi” 23 yaşlı vingeri satmağı planlaşdırmır, ancaq onu tam toxunulmaz oyunçu da hesab etmir.

“Topçular” Maduekeyə maraq göstərsə də, bu transferin nə dərəcədə real olduğu hələlik qeyri-müəyyəndir. Son zamanlar “Arsenal” bir neçə futbolçu ilə maraqlandığı üçün klubun bu transferə nə qədər ciddi yanaşdığı aydın deyil.

İngiltərəli futbolçu 2024/25 mövsümündə Premyer Liqada 32 oyunda iştirak edib, 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button