“Arsenal”, “Çelsi” və “Mançester Siti” də yarımfinala yüksəldi
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
Səfərdə “Şeffild Yunayted”lə qarşılaşan “Arsenal” çətin qələbə sayəsində növbəti mərhələyə yüksəlib. “Lester Siti”nin qonağı olan “Çelsi” isə buna minimal hesablı qələbə sayəsində nail olub. “Mançester Siti” də “Nyukasl”la qarşılaşmadan qalib ayrılıb.
Xatırladaq ki, ilk oyun günündə də “Mançester Yunayted” “Norviç Siti”dən üstün olmuşdu.
Beləliklə, yarımfinalda “Mançester Yunayted” “Çelsi”ylə, “Arsenal” isə “Mançester Siti”ylə qarşılaşacaq.
İngiltərə Federasiya Kuboku
1/4 final
27 iyun
Norviç Siti – Mançester Yunayted 1:2
Qol: Kantuell, 75 – İqalo, 51. Maquayr, 118.
28 iyun
Şeffild Yunayted – Arsenal 1:2
Qol: Makqoldrik, 87 – Pepe, 25-pen. Sebalyos, 90+1.
Lester Siti – Çelsi 0:1
Qol: Barkli, 63.
Nyukasl – Mançester Siti 0:2
Qol: De Breyne, 37-pen. Sterlinq, 68.
Bizi Facebook-da izləyin