“Arsenal”da Raysla bağlı qərar verilməlidir
“Arsenal” “Çelsi” ilə qarşıdakı derbidə Deklan Raysın köməyinə ümid edir.
25 yaşlı futbolçunun ayağı zədələnib və bu yaxınlarda UEFA Çempionlar Liqası çərçivəsində “İnter”lə matçı (0:1) buraxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”ın tibb işçiləri Raysın vəziyyətini qiymətləndirməyə davam edir. İngiltərəli yarımmüdafiəçinin “Stemford Bric”də baş tutacaq “Çelsi” ilə matçda meydana çıxması mümkündür. Tezliklə qərar veriləcək.
Deklan Rays cari mövsümdə Mikel Artetanın komandasının heyətində 13 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
“Çelsi” – “Arsenal” oyunu noyabrın 10-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin