“Arsenal” Cakaya əvəzləyici tapıb

“Arsenal” yayda PSV-də çıxış edən yarımmüdafiəçi Xavi Simonsla müqavilə imzalaya bilər.

Komanda.az Niderlandın “ed.nl” portalına istinadən xəbər verir ki, “topçular”ın çalışdırıcısı Mikel Arteta 20 yaşlı futbolçunu Qranit Cakanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Öncədən Cakanın Almaniya “Bayer”i (Leverkuzen) ilə 2027-ci ilə qədər nəzərdə tutulan sözləşmə imzalayacağı, hətta şərtlərin razılaşdırıldığı bildirilirdi.

Simonsun Niderland klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2022/23 mövsümündə PSV-nin heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 19 qol vurub və 12 məhsuldar ötürmə edib.

Simons “Barselona”nın yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button