“Arsenal” bu mövsüm “Mançester Siti”nin yeganə rəqibdir”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill Premyer Liqanın cari mövsümündə “Mançester Siti”yə rəqib olacaq komandanın adını açıqlayıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, “Liverpul”un nəyisə əskik etdiyini bildirib:

“Liverpul”? Mən onları Milad bayramına yaxın qiymətləndirmək istərdim. Amma məncə, nəyisə əskik edirlər. Eyni sözləri “Çelsi” haqqında da demək olar. Fikrimcə, “Arsenal” bu mövsüm “şəhərlilər”in yeganə rəqibidir”.

“Liverpul” İngiltərə çempionatının 8 turundan sonra 21 xalla turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” 20 xalla 2-ci, “Arsenal” isə 17 xalla üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button