
“Arsenal” bu dəfə çempionluğu qazanmaq üçün lazım olan hər şeyə sahibdir”
“Arsenal”ın sabiq qapıçısı Petr Çex komandanın bu mövsüm Premyer Liqadakı perspektivlərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Arsenal”ın bu mövsüm çempionluq qazanmaq şansları çox yüksəkdir. Bütün rəqibləri enişli-yoxuşlu qarşılaşmalar keçirir, lakin onlar çətin matçlarda belə, qalib gəlməyi bacarırlar. Bu dəfə çempionluğu qazanmaq üçün lazım olan hər şeyə sahibdirlər”.
“Arsenal” 10 turdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir və ikinci yerdəki “Mançester Siti”dən 6 xal qabaqdadır. London klubu 2003/04 mövsümündən bəri Premyer Liqada qalib gələ bilməyib. Komanda son 3 mövsümdə 2-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



